İzahlı lüğət

HÜSN

is. [ər.] 1. Gözəllik, camal. O gözəlin hüsnündəki; Əzəməti şeirə gətir; Qəlbindəki çırpıntını; Hərarəti şeirə gətir. M.Araz. // köhn. kit. Özündən sonra gələn sözə gözəllik, yaxşılıq, məqbulluq, müsbətlik mənası verir; məs.: hüsn-qəbul (yaxşı qəbul, gözəl qarşılama), hüsn-niyyət (yaxşı niyyət).
2. məc. Ləzzət, dad. Ilin hər fəslinin bir hüsnü var; amma qışın ləzzəti bir özgədir. Məmmədquluzadə. Burda min bir od yanarmış; Onun da öz hüsnü varmış. S.Vurğun.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed