İzahlı lüğət

HUŞSUZ

sif. və zərf 1. Huşu, yaddaşı olmayan, yadında şey qalmayan; unutqan, hafizəsiz, fikridağınıq. Huşsuz adam. [Xudayar qazıya:] [Zeynəb] o qədər dəlidi ki, o qədər huşsuzdu ki, qorxuram ki, lap dana, deyə ki, mən oğlumu heç vəkil eləməmişəm. C.Məmmədquluzadə.
2. Huşunu itirmiş, huşu olmayan; bayılmış, bayğın. Xəstə huşsuz haldadır. - Kəndlilər .. gördülər ki, Molla Qasım meyiti qucaqlayaraq huşsuz uzanmışdır. S.S.Axundov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed