İzahlı lüğət

HUŞYAR

sif. və is. [fars.] klas. Ağıllı, düşüncəli, şüurlu, dərrakəli. Huşyar adam.
Mülki-dünya aqibət bərbad olur, ey huşyar! S.Ə.Şirvani. Mən özüm darülmüəllimini qurtaran zaman Naxçıvanda həmin bir halda özümdən artıq huşyar dostlarıma rast gəldim və onlar ilə tutuşdum. Məmmədquluzadə. // Ayıq, sayıq, diqqətli. Huşyar olmaq - ayıq olmaq, sayıq olmaq, diqqətli olmaq. Ol ləhzə ki huşyar olursan; Əlbəttə ki, şərm-sar olursan. Füzuli. Oxuculardan təvəqqe edirəm ki, müxbirimiz Mozalanbəyin Ordubad və Əylis barəsində yazdığı sözlərə bir qədər əhəmiyyət versinlər. Bu işləri səhl saymaq olmaz, huşyar olmaq lazımdır. C.Məmmədquluzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

HOR

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed