İzahlı lüğət

HÜZN

is. [ər.] 1. Kədər, qəm, qüssə. Bu səs insana hüzn gətirir. - Durnaların oxumağı Vaqifə hüzn gətirməyir və könlünü pərişan qılmayır.. F.Köçərli. Yoxsa hüzn dolu qəmgin səsində; Dostumun muradı, ürək sözü var? M.Rahim.
2. Hüznlə şəklində zərfi - kədərlə, qüssə ilə: qəmli, kədərli, qüssəli. Hüznlə oxumaq.
Dərin hüznlə başsağlığı vermək. - [Gülsənəm] ağır-ağır nə isə çox dəruni bir hüznlə dedi.. M.Hüseyn. Şahmargil başlarını aşağı salıb hüznlə dayandılar. B.Bayramov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed