İzahlı lüğət

HÜZUR

is. [ər.] klas. 1. Ön, qabaq, pişgah. □ Hüzur(u)na - yanına, qabağına, önünə. Hüzuruna çağırmaq. Hüzuruna gəlmək. Hüzuruna heç kəsi qəbul etmir. [Pirverdi bəy Kəblə Qulaməliyə:] Bu saat oğlun Mustafanı, get, gətir cənab nəçərnikin hüzuruna. C.Məmmədquluzadə. [Vaqif:] Axund, xanın hüzuruna getmək çağı deyilmi? Çəmənzəminli. Hüzurunda - yanında, qabağında, önündə. Hüzurunda oturmaq. Hüzurunda danışmaq. - Xidmətçilər Hüseynqulu ağadan qorxub hüzurunda titrəyirdilər. S.S.Axundov. Gör nələr yaradır hökmü dövranın; Leyla hüzurunda dayanmış xanın. B.Vahabzadə. Hüzurundan - yanından, qabağından, önündən. Elə ki məclis qurtardı, hamı dağıldı, Cünun da durub paşanın hüzurundan mürəxxəs oldu. “Koroğlu”.
2. Hazır olma, orada olma. Hiss edirdim ki, mənim hüzurum və söhbətim [Ağaverdini] narahat edir. S.Hüseyn.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed