LAÇINis. 1. Keçmişdə quş ovlamaq üçün saxlanılan şahin cinsindən yırtıcı, alıcı quş. Laçın yatağıdır bizim məkanlar. Q.Zakir. Eşq ilə çırpınan cəfayə dözər; Laçın alçaqda, həm fəzada süzər. A.Şaiq. // məc. tənt. Müqayisələrdə: cürət, hünər, igidlik rəmzi kimi işlənir. Eyvazım bənzər laçına; Sonalar heyran saçına. “Koroğlu” . [Qərib:] Ahu baxışlıdır, laçın cürətli; Uçmağa, qonmağa çıxası gözəl. “Aşıq Qərib” .
2. Bədii təşbehlərdə: gözəlin gözlərinə işarə. Səyyad olub, qurub məhəbbət torun; Laçın gözlü, xub şikarı tutmuşam. M.P.Vaqif. Gecə-gündüz gözüm baxdı yollara; Bir laçın gözlünün nigaranıdı. Q.Zakir. Paylaşın - Hamı bilsin
|