LAƏLACsif. və zərf [ər.] Əlacsız, çarəsiz. □ Laəlac qalmaq (olmaq) - çarəsiz qalmaq, əlacı kəsilmək, çıxılmaz vəziyyətdə olmaq, məcburiyyət qarşısında qalmaq. Laəlac olub, aqibət; Gənci şahmarə tapşırdım. Q.Zakir. Axırı laəlac qalıb özündən, özgədən on-on beş manat tədarük edib Məmmədhəsən əmi bir ulaq aldı. C.Məmmədquluzadə.
Paylaşın - Hamı bilsin
|