İzahlı lüğət

LAĞ

is. [fars.] Rişxənd, istehza, ələ salma, masqara. Bu sual [kişiyə] yersiz, bir az da lağ kimi gəldi. Mir Cəlal. □ Lağ etmək (eləmək) - ələ salmaq, istehza etmək, araya qoymaq, masqaraya qoymaq, gülmək. Camalından mələk xəcalət çəkər; Hüsnün eylər aya, günə lağ, gəlin! M.P.Vaqif. [Rəşid:] Mənim nə həddim var sənə lağ eləyim. Ə.Haqverdiyev. [Qızyetər:] Bayaqdan lağ eləyirdi, indi özünün ürəyi gedir. M.İbrahimov. Lağa qoymaq- bax lağ etmək (eləmək). Odur, uşaq yenə kərbəlayıdan əl çəkmir, onu lağa qoyub yoruluncaya qədər gülürdü. M.Hüseyn. [Hümmət Zülfüqara:] Çıxart bu demaqoqu, sənə deyirəm. Küçələrdə bizi lağa qoyduğu daha bəsdir. B.Bayramov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed