İzahlı lüğət

LAĞIM

is. 1. Yeraltı yol, yer altında qazılmış üstüörtülü xəndək. Ağaclar dibində hava topları, hər tərəfdə gözətçi dəstələr qoyulduğunu, əyri lağımlar qazıldığını görüb getmədi. Mir Cəlal. □ Lağım atmaq (açmaq, vurmaq) - yer altından yol açmaq. Bir çalaçuxur var hər addım başı; Yerin bağrına min lağım atılmış. S.Vurğun.
Kanalizasiya.
Tunel mənasında. ..Digər tərəfdən də qatarların qaranlıq lağımlara girib-çıxmağı da yeznəmin və azarlının ovqat təlxliyini dəxi də artırırdı. C.Məmmədquluzadə.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

LAZ

LOM

not_found
......