İzahlı lüğət

LALƏ

is. [fars.] 1. bot. İriləçəkli qırmızı çiçəkləri olan bitki və bu bitkinin çiçəyi. Bitər çəməndə lalələr, əlində al piyalələr; Səhər zamanı dür kimi düşər ot üstə jalələr. A.Səhhət. Otların arasında saysız-hesabsız lalələr qızarırdı. İ.Əfəndiyev. // Bu çiçəyin müxtəlif rəngdə yetişdirilmiş növü.
2. Qırmızılıq rəmzi kimi işlənir. Nigarın ala gözlərindən damcı-damcı yaş gilələnib lalə yanaqlarından aşağı gəldi. “Koroğlu” . Yanağı laləsən, qaməti dalsan; Ağzı şəkər, dili-dodağı balsan. M.P.Vaqif.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed