LAPəd. Sözlərin qabağına gələrək, onların mənasını daha da şiddətləndirir, dəqiqləşdirir. Bu söz onun lap ürəyindən oldu. Yayın lap isti günü idi. Evdə lap tək qalmışdım. Sürtdü kamançaya ayı əllərin; Az qaldı ki, lap qopara tellərin. A.Səhhət. Bir həftə idi ki, Usta Ağabala dəlləkyanına getməmişdi, başını tük lap deşirdi. Çəmənzəminli. Yolçu səsini lap yavaşıdıb soruşdu. S.Rəhman.
Paylaşın - Hamı bilsin
|