LAQEYDLİK1. is. Hər şeyə laqeyd münasibət, maraqsızlıq göstərmə; etinasızlıq, başısoyuqluq, qayğısızlıq, qeydsizlik. [Qoşatxan:] Laqeydlik kənd müəllimi üçün dözülməz bir bəladır, deməli, heç şey onun ürəyini yandırmır. M.İbrahimov. □ Laqeydlik göstərmək - laqeyd, etinasız yanaşmaq, başısoyuqluq göstərmək, maraq göstərməmək, saymamaq. Elə mən də; Ondan məktub gələndə; Laqeydlik göstərib; Bəzən cavab yazmadım. Z.Xəlil.
2. Laqeydliklə şəklində zərf - bax laqeydcə(sinə). Qoşun dəstələri şəhəri çox soyuqqanlılıqla gəzir, atışma yerlərindən laqeydliklə keçirdilər. M.S.Ordubadi. Cəmil sifətini laqeydliklə boz dağlara tərəf çevirdi. Q.İlkin. Paylaşın - Hamı bilsin
|