LAT-LÜTsif. dan. 1. Çılpaq, lüt, paltarsız. Cənab xan əyləşib yatağında, lat-lüt; başında bir .. papaq, ağlayır. Ə.Haqverdiyev.
2. məc. Heç bir şeyi olmayan, yoxsul, kasıb. Lat-lüt adam. // İs. mənasında. [Usta Ramazan:] Nisanın atası dedi ki, mənim latlütə veriləsi qızım yoxdur. M.Hüseyn. □ Latlüt qalmaq - hər şeyi əlindən çıxmaq, tamam yoxsullaşmaq, kasıblaşmaq. [Sona xanım:] Budur, kişi qurşanıb qumara, bir aydan sonra görərsən, olub-qalanının hamısını uduzub qaldı lat-lüt. Ə.Haqverdiyev. Paylaşın - Hamı bilsin
|