LAYBALAY1zərf 1. Laylar halında, qatqat, üst-üstə, çin-çin. Laybalay yığmaq. Laybalay tökmək. - Onda, görürsən, yıxılıb yanbayan; Bir neçə növrəstə cavan laybalay. M.Ə.Sabir. // Məc. mənada. [Qaçay:] Nə vaxta kimi sözlər ürəyimdə laybalay yığılıb qalacaq? Ə.Vəliyev.
2. Laylar üzrə, hər bir layı ayrılıqda. Quyunu laybalay yumaq. Paylaşın - Hamı bilsin
|