LAZIMİsif. [ər.] 1. Yerinə yetirilməsi vacib və lazım olan; zəruri, gərəkli, lüzumlu. Lazımi tapşırıqlar verildi. Lazımi ehtiyat.
Münasib, uyğun, istənilən kimi. Lazımi dərəcədə şərh etmək. Lazımi qaydada geyinmək. Lazım olan, tələb olunan, istənilən. Lazımi məbləğ. Lazımi sənəd. - Məzlum .. ev yiyəsindən lazımi ünvanı aldıqdan sonra, onu möhkəm qucaqlayıb ayrıldı.. S.Vəliyev. Paylaşın - Hamı bilsin
|