LAZIMSIZsif. Lazım olmayan, gərəksiz, lüzumsuz. Lazımsız material. Lazımsız şeylər. - Fəhlələr mərasim zamanı lazımsız münaqişəyə yol verməmək üçün orkestri buraxdılar. M.Hüseyn. [Hakim] səliqəli stolunun üstündə gördüyü lazımsız kağızları bir-bir cırıb səbətə atırdı. Mir Cəlal. // Artıq, izafi, lüzumsuz, faydasız. Lazımsız məxaric. - [Hacı Bayram:] Ancaq lazımsız xərcdir, çünki bu hökumət beşgünlükdür. Ə.Haqverdiyev.
Paylaşın - Hamı bilsin
|