LƏBBEYK[ər.] Əslində “nə əmriniz var?” , “əmrinizə müntəzirəm” , “buyurun!” demək olub, adətən “demək” feli ilə işlənir. Indi mən tək yeddi yaşında müsəlman uşaqları gərək səhərdən axşama tək ləbbeyk deyib, susuzluqdan od tutub yana. C.Məmmədquluzadə. [Qürbət xala:] Necə haradan, səhərdən axşamacan burda ləbbeyk deyirəm, necə ola ki, bilməyəm. Mir Cəlal. [Zeynal və Veysin] dostluqları, təbiətlərinin uyğun olması, sadəcə bir-birinə ləbbeyk demələrindən ibarət deyildi. Ə.Əbülhəsən.
Paylaşın - Hamı bilsin
|