LƏBLƏBİis. Çərəz kimi yeyilən qovrulmuş qabıqsız noxud. Əkdiyim noxud, biçdiyim noxud, bazara girib, ləbləbi olub. (Məsəl). [Yanındakı adam:] Ay usta, yadına ləbləbi düşdü, nədi? Çəmənzəminli. Süfrədə tut qurusu, miyanpur, innab, ləbləbi, kişmiş, səbzə, alma, portağal olardı. H.Sarabski.
Paylaşın - Hamı bilsin
|