LƏHCƏis. [ər.] 1. dilç. Ümumi dialekt xüsusiyyətlərinə malik olan hər hansı bir dilin yerli şivələr qrupu; dialekt.
2. köhn. Dil mənasında. Məcnunu deyərlər əhli-idrak; Əşarı lətifü ləhcəsi pak. Füzuli. Qaş qara, göz piyalə, dişləri dür, püstə dəhan; Şux yanaq, ləl dodaq, ləhcəsi də canlar alan. Q.Zakir. Nədən bu torpağın şirin ləhcəsi; - Şairəm, - deyənə biganə qalsın? S.Vurğun. // Danışma tərzi, tələffüz. Ləhcəsi ahəstə, üzü xoş gülən; Nüktəşünas, əhli-kamal, dərd bilən. Aşıq Qurbani. [Qızların] şirin ləhcələri, duzlu danışıqları, mütənasib əndamları və alıcı, xumar.. gözləri vardır. M.S.Ordubadi. Paylaşın - Hamı bilsin
|