LƏHZƏis. [ər.] Ən cüzi bir zaman, bir göz qırpımlıq vaxt, an, dəm. Cananı görən ləhzədə can düşdü ayağa; Yalvardı gəda iczilə sultanını görcək. S.Ə.Şirvani. □ Bir ləhzə - bir saniyə, bir an, bir dəm, göz açıbyumunca. Sanma ki, bir ləhzə keşikçim yatır; Fikri qalıb məndə nigahbanım. A.Səhhət. [Kərəm:] Canım Əsli, bir ləhzə mənimlə otur, səni tapmışam və səndən ayrıla bilmərəm.
Ü.Hacıbəyov. Bir ləhzədə, bir ləhzə içində dərhal, o saat, bir göz qırpımında, göz yumub açınca. [Vaqif:] Əhli-zülmü necə bərbad eylədi bir ləhzədə; Sən bizim dağlar pələngi qəhrəman Eldara bax! S.Vurğun. // Ümumiyyətlə zaman, vaxt, müddət. □ Hər ləhzə, hər ləhzədə - həmişə, hər vaxt, hər zaman, daima. Bica yerə hər ləhzədə min şurü-şərin var; Çox pis nəzərin var. M.Ə.Sabir. Hansı bir kəsbə yapışdım ki, yar olsun tale; Sən çıxıb qarşıma hər ləhzədə oldun mane. A.Səhhət. Paylaşın - Hamı bilsin
|