İzahlı lüğət

LƏKƏ

is. 1. Ləkələyici bir şeyin səth üzərində buraxdığı iz. Qan ləkəsi. Yağ ləkəsi. Mürəkkəb ləkəsi. Paltarındakı ləkəni silmək. [Eldar] sazın üstündə tünd-qara ləkələri mənə göstərdi. M.Rzaquluzadə. Yuyuldu, divarlara; Sıçramış qan ləkəsi. Ə.Cavad. □ Ləkə düşmək - b a x ləkələnmək 1 -ci mənada. Dəftərinə Gülərin; Düşdü qara bir ləkə. M.Dilbazi. Ləkə salmaq - bax ləkələmək 1 -ci mənada.
Şahsənəməm, sən də inan sözümə; Gözüm yaşı ləkə saldı üzümə. “Aşıq Qərib” . Onun ağzından axan qan döşəməyə parlaq ləkələr saldı. Ə.Vəliyev. // Bədənin müxtəlif yerlərində hər hansı bir səbəbə görə əmələ gələn rəng dəyişikliyi. Üzünə ləkə düşmək. Əlinin üstündə ağ ləkələr var. Gözündə ləkə var. Həkim Həsənin ciyərində kiçik bir ləkə olduğunu söylədi. Çəmənzəminli. Gülsəhər ortaboylu, .. ağ-qırmızı sifətində kiçik ləkələr görünən bir arvad idi. Ə.Vəliyev.
2. məc. Adamı ləkələyən, rüsvay edən, alçaldan şey; rüsvayçılıq, biabırçılıq, şərəfsizlik. Intihara gəldikdə, o, insanın üzərinə atılan ləkələri daha da tutqunlaşdırır. M.S.Ordubadi. [Kərbəlayı Əzim:] Bu vaxtadək üstümüzdə ləkə olmayıb, bir elə iş baş verməyib ki, bizi ləkələsin. T.Ş.Simurq. □ (Ustünə) ləkə atmaq (vurmaq, yaxmaq) - birinin namusuna, şərəfinə toxunacaq söz demək, böhtan atmaq, biabır etmək, olmayan şeyi ona isnad etmək. [Səməd:] Yoldaş sədr, bu kişi yalan danışır, üstümə ləkə atır. B.Talıblı.
□ Ağ ləkə - coğrafiya xəritəsində: öyrənilməmiş yer.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed