LƏKƏLƏNMƏKf 1. Ləkələndirici bir şeydən üzərinə ləkə düşmək, ləkə tutmaq, ləkə-ləkə olmaq; batmaq, ləkələrlə örtülmək. Orpəyi ləkələnmək. Paltosu ləkələnmək. - Eyvanın məhəccərini toz basmış, əlüzyuyanın güzgüsü ləkələnmişdi. Ə.Vəliyev.
2. məc. Bədnam olmaq, rüsvay olmaq, biabır olmaq. [İncə:] Hər bir halda qızın adı ləkələnsə, ölüm ondan yaxşıdır. C.Cabbarlı. Midhəd namusunun ləkələndiyini, şərəfinin çeynəndiyini nəzərinə gətirdi. Ə.Vəliyev. Paylaşın - Hamı bilsin
|