LƏKƏSİZsif. 1. Təmiz, aydın, açıq, saf. Ləkəsiz səma. Ləkəsiz üfüq. - Göylərin aynası, ləkəsiz (z.) durur; Xilqətin ən dərin mənası budur. S.Vurğun. Mavi üfüqlər dumduru, ləkəsiz və nəhayətsiz görünürdü. M.İbrahimov. Səhər çağı hava sərin; Göylər ləkəsiz. R.Rza.
2. məc. Şərəfli, namuslu, adı təmiz, alnıaçıq. Ləkəsiz qız. - Öz ləkəsiz vicdanınla; Ana yurdu möhkəm qoru! Ə.Cəmil. Paylaşın - Hamı bilsin
|