LƏNƏT[ər.] 1. Dini etiqada görə Allahın mərhəmətindən məhrum olma, nifrin (adətən köməkçi feillərlə işlənir). □ Lənət damğası basmaq - lənətləndirmək. Lənət etmək (eləmək, oxumaq, yağdırmaq) - nifrin etmək, qarğımaq. Ürəyində ağrı, gözündə həsrət; O, lənət yağdırdı çərxi-dövrana. B.Vahabzadə.
□ Lənət sənə, kor şeytan!, lənət şeytana! - arzuedilməz bir hərəkətdən çəkinmək istərkən deyilən nida ifadəsi. [Süleyman:] Əsgər mənə etibar edib elçiliyə göndəribdir, özü də qıza bənddir. Necə ola bilər ki, onu məyus eləyim, lənət şeytana! Ü.Hacıbəyov. Belə-belə fikir Məşədi Əsgərin başına gəldikcə.. “lənət şeytana!” deyib başından çıxardırdı. S.M.Qənizadə. Xalıqverdi kişi özünü toxtatdı, ürəyində “lənət sənə, kor şeytan!” dedi. Ə.Vəliyev. Paylaşın - Hamı bilsin
|