İzahlı lüğət

LƏNGƏR

is. [fars.] 1. Bax lövbər. Gəmilərin ləngərini salıb dedilər: - Bu nəzirədə bir müddət seyr edək. (Nağıl). Küçələr izdihamla çalxanır; Yükü ağır bir gəminin ləngəri kimi. R.Rza. □ Ləngər vurmaq (vermək) - durmadan gah bir tərəfə, gah o biri tərəfə əyilmək; yatıb-qalxmaq, yellənmək, yırğalanmaq. Gəmi ağır-ağır ləngər vurub, körpüdən aralanmağa başladı. M.Hüseyn. [Tank] ləngər vuraraq .. yaxınlaşırdı. Ə.Məmmədxanlı. Müvazinəti saxlamaq üçün əldə tutulan uzun ağac (adətən kəndirbazlar əllərində tuturlar). Bir gənc əlinə uzun, şüyül bir ağac müvazinət ağacı (ləngər) alaraq, kəndirin üstündə rəqs edərdi. H.Sarabski. // Tərəzidə və başqa cihazlarda tarazlıq, müvazinət göstərən mil. [Məşədi Möhsün] daşlar çatışmadıqda, kasanın ləngəri yerdən qalxanadək əlinə gələni tərəziyə atır. Mir Cəlal. // Məc. mənada. Çox bilib az danışmaq igidin ləngəridi. (Ata. sözü). Ləngərlə şəklində zərf - ağır-ağır, yavaş-yavaş. Ləngərlə getmək. - Koxa atın yalmanından tutub ləngərlə qalxdı. S.Rəhimov. Ağır, yaylı qapının bir tayı ləngərlə aralanmağa başladı. Mir Cəlal.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

LEK

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed