LƏNGİMƏKf 1. Bir yerdə lazım olduğundan, yaxud bir səbəb üzündən artıq qalmaq, ilişib qalmaq. Iki günə getdi, bir həftə ləngidi. - [Çimnaz:] Oğul, Bakıda ləngimə ha! Ə.Əbülhəsən. Sona ilə kəsdikləri şərtə görə [Bəhram] rayonda bir aydan artıq ləngiməməli idi. Ə.Vəliyev.
Vaxtında gəlməmək, gecikmək, yubanmaq. [Səlimə:] Heç indiyədək belə ləngidiyi yox idi. Ə.Haqverdiyev. [Şirin:] Rüstəm bəy həmişə müəyyən vaxta neçə dəqiqə qalmış hazır olar, bəs görəsən, bu gün niyə ləngidi? Çəmənzəminli. [Hətəmov katibə:] Bazar ertəsi, bəlkə bir az ləngidim. B.Bayramov. // Dayanıb durmaq, dayanıb gözləmək, ayaq saxlamaq. Qapı ağzında ləngimək. - [Əhməd] lampanı yandırmadan qaranlıq otaqda xeyli ləngidi. S.Rəhimov. məc. Geridə qalmaq, çatmamaq, dala qalmaq. Qaçay sevinirdi ki, mebel hardasa ləngiyir. Kimsə onu yola salmağı unudub. İ.Məlikzadə. Paylaşın - Hamı bilsin
|