İzahlı lüğət

LENT

is. [alm.] 1. Bəzək və s. üçün işlədilən dar, uzun parça zolağı. Sarı lent. Ağ lent. Qara lent. - “Ura” səsləri altında qırmızı lent kəsildi, stansiya işə salındı. M.İbrahimov.
Gör qızların saçlarında; Necə ipək lentləri var! M.Dilbazi. Gördüm təyyarə meydanında sıralanıb; uzaq səfərli neçə-neçə; Gümüş rəngli insan tabutu; Üstündə lent - qara atlaz. R.Rza. Orden və medal üçün müəyyən rəngdə və ölçüdə ipək zolaqcıq. Döşünə cərgə ilə orden və medal lentləri taxmış ortaboylu, kök, qoca kapitan nəvəsini qucaqladı. M.Süleymanov. Müxtəlif materialdan kəsilmiş uzun, ensiz zolaq. Kağız lent. Teleqraf lenti. İzolyasiya lenti. // Bəzi nəqliyyat qurğularında, mexanizmlərdə intəhasız hərəkət edən parça zolağı. Konveyer lenti. Transportyor lenti.
məc. Ensiz, zolaq kimi uzanıb gedən, nəhayəti görünməyən. Yol getdikcə sarı bir lent kimi uzanırdı. - Yol gah lent kimi dərələrdən, gah da dağlardan keçirdi. Ə.Məmmədxanlı. Hər yan dəniz, yol ortadan: Lent kimi uzanırdı. M.Dilbazi.
□ Kinematoqrafiya lenti - üzərinə həssas emulsiya çəkilmiş şəffaf, lentəoxşar plyonka. Maqnit lenti - qeyri-maqnit əsaslı elastik lentdən ibarət informasiya daşıyıcısı. Qayalar səsimi yazdı lentinə; Qaya maqnitafon dilləndi yenə; “Hey, hey! Bir dayan; Şövkətdir oxuyan, Habildir çalan!.” M.Araz. Pulemyot lenti - pulemyot patronlarını qoymaq üçün yuvacıqları olan ikiüzlü parusin zolaq. Pulemyot lentini doldurmaq.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

LAD

LAL

LEK

LOM

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed