LƏPİR1is. Torpaq, qar və s. üzərində insan və ya heyvan ayağının nişanı, izi. At ləpiri. Dovşan ləpiri. Quş ləpiri. - Yerə düşmüş şəbnəm hələ qurumamışdı. Yer üzündə beş-altı ayaq ləpiri məlum olurdu. T.Ş.Simurq. Dəvə ləpirlərindən, ayaq izindən; Yolların sinəsi oyuq-oyuqdur. R.Rza. Oğulsuz-övladsız ocaqlar kimi; Sönüb gedəcəyəm: bu daş, bu torpaq; Bircə ləpirimi yaşatmayacaq. M.Araz. Ləpir tutmaq - izə düşüb getmək, ləpirlə getmək.
Paylaşın - Hamı bilsin
|