İzahlı lüğət

LEŞ

is. [fars.] 1. Ölmüş heyvan bədəni, leş, cəmdək. İt leşi. İnək leşi. - Yolun ətrafinda sınıq düşmən maşınları, at leşi və əzilmiş toplardan başqa bir şey gözə dəymir. Ə.Vəliyev. Məşədi Heybət bizə nişan verirdi: bu qoyun leşidir, bu təknədir, bu sandıqdır, bu beşikdir. Ə.Sadıq.
2. Təhqir kimi insan meyiti haqqında işlənir. Döyməsin qanlı faşistlər daha öz döşlərinə; Baxsalar yaxşı olar cəbhədəki leşlərinə. S.Rüstəm. Tökülürdü yağış kimi baş bir yana, leş bir yana; Dağılırdı düşmən səfi on bir yana, beş bir yana! R.Rza.
□ Qarğa-quzğun leşə gələn kimi - çox həris bir şəkildə, tez üstünə cumaraq. Bakı neft yataqları xariciləri özünə çəkirdi, qarğaquzğun leşə gələn kimi əcnəbi kapitalistləri də Azərbaycana dolurdu(lar). M.İbrahimov.
leş-leşə: leş-leşə söykənmək, qalanmaq və i.a. - yan-yana yıxılmış çoxlu meyit haqqında. Başlar qopub düşdü qanlı torpağa; Leş-leşə qalandı, yollar kəsildi. M.Rahim. Leş-leşə qatmaq (çatmaq) - qırıb çatmaq, qırıb tökmək. Padşaha xəbər getdi ki, padşah sağ olsun, bir qara atlı oğlan düşməni qırıb leş-leşə çatdı. (Nağıl).
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

LEY

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed