LƏTAFƏTis. [ər.] 1. Lətiflik, yumşaqlıq, xoşluq. [Dərviş Nakamın] daha səsində köhnə lətafət qalmadı. Ə.Haqverdiyev.
2. Gözəllik; ruhu oxşayan hal və keyfiyyət, məlahət, qəşənglik. Bu hüsnü lətafətdə, yəqindir, bəşər olmaz; Rüxsarıva bənzər fələk üzrə qəmər olmaz. S.Ə.Şirvani. Bu bağın lətafəti.. oxuculara məlum olduğu üçün tərifinə hacət yox. C.Cabbarlı. Bakının yoxsul baharı bütün lətafət və gözəlliyilə gəlmişdi. S.Hüseyn. Paylaşın - Hamı bilsin
|