LƏTİFsif. [ər.] 1. Yumşaq, mülayim, xoş. Yayın səfalı, lətif bir günü idi. S.Hüseyn. Peterburqun bəyaz gecələrinə məxsus lətif yaz havasını ləzzətlə udaraq, bir nəfər oğlan gedirdi. M.Hüseyn.
2. İncə, zərif, qəşəng. Çiyninə saldı bir lətif əba; Əlinə aldı bir zərif əsa. S.Ə.Şirvani. [Bəy:] Çox razıyam, - deyib əyləşdi və xanım da öz lətif əllərilə ona bir stəkan çay töküb verdi. Ə.Haqverdiyev Paylaşın - Hamı bilsin
|