LƏVAZİMATis. [ər. “ləvazim” söz. cəmi] Bir iş üçün lazım olan şeylərin məcmusu. Dərs ləvazimatı. Səhnə ləvazimatı. Ov ləvazimatı. - [Əmiraslan bəy:] Dəstələr toplayınız, ləvazimat cəm ediniz. S.S.Axundov. Böyükxanım qabaqca hamam ləvazimatını Qulam Hüseyn ilə hamama göndərmişdi. M.S.Ordubadi. Ləmənin küncləri böyük düşbərəxor və bu kimi ev ləvazimatı ilə bəzənərdi. H.Sarabski.
Paylaşın - Hamı bilsin
|