.....i_l_by_id_with_comments LEY sözünün izahı / LEY sözünün mənası

İzahlı lüğət

LEY

is. Qısadimdik, alıcı - yırtıcı quş. Ley vuran oldu, mənim kimi tükü dağılan olmadı. (Ata. sözü). Birdən xəzəl kimi qopur yerdən; Küləyə qoşulub qaçır; Tükünü ley dağıtmış; Boz bir quş olub qaçır. R.Rza. Səməndər leydən qorxmuş sərçə kimi qımıldanmadı. B.Bayramov. □ Ley kimi - çox cəld, çox sürətlə, çox iti. [Həmzə] bir də diqqət eləyəndə gördü, budu Koroğlu Qıratın üstündə elə gəlir, elə gəlir ki, ley kimi. “Koroğlu” . [Nazlı:] Dayan! Bu saat bir qıy vurram, Mustafa ley kimi başının üstün alar. Ə.Məmmədxanlı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

LEK

......
....