LEYTENANT[fr.] Ordu və donanmada: kiçik leytenant rütbəsindən sonra gələn zabit rütbəsi və belə rütbəsi olan şəxs. Bir saat sonra qərargahdan qırmızısifət bir leytenant gəldi. Mir Cəlal. Dilaranın leytenant Əjdərdən aldığı məktubların arası kəsilmişdi. Ə.Məmmədxanlı. □ Baş leytenant - leytenant rütbəsindən sonra gələn zabit rütbəsi və belə rütbəsi olan şəxs. Kiçik leytenant praporşikdən sonra gələn zabit rütbəsi və belə rütbəsi olan şəxs.
Paylaşın - Hamı bilsin
|