LƏZZƏTLİsif. 1. Ləzzət verən, dadlı, yeməli, tamı gözəl. Ləzzətli xörək. Ləzzətli yeməklər. - Məşədi Imaməli çox ləzzətli plova və bal qayğanağına bizi qonaq elədi. Məmmədquluzadə. Xörəklər olduqca lətif və ləzzətli idi. M.S.Ordubadi. Bütün nahar dəstgahı qızıl qablarda gəldi; Qızıl piyalələrdə ləzzətli mey verildi. B.Vahabzadə.
məc. Xoşagələn, xoş. Sözü ləzzətli, şirindilli uşaqdır uşağım; Nə ədəb vaxtıdı, qoy söysün, uşaqdır uşağım! M.Ə.Sabir. [Əhməd:] Xeyr aa, elə adam deyil, ləzzətli oğlandır. N.Vəzirov. məc. Ürəyəyatan, zövqverən, xoşagələn; xoşlanılacaq, şirin. Verpulunu dadlı, ləzzətli zad al! Qoy babalın boyuma, get arvad al! M.Ə.Sabir. Ləzzətli xəyalatdan, bir söz də olsa, Əhməd yadında bir sey saxlamamısdı. B.Talıblı. Paylaşın - Hamı bilsin
|