LİNGis. Ağır şeyləri qaldırmaq, bərk yeri qazımaq və başqa məqsədlər üçün istifadə edilən bir ucu şiş, bir ucu isə iti, uzun, ağır dəmir alət. Bu zaman əllərində ling və çəkic olan ikinci bir başıpozuq dəstə göründü. Şaiq. Bunlardan bəziləri əllərində ling iri daşı yerindən qoparıb tərpədir və “xəbərdarI” - deyib, çayın içinə yumalayırdılar. Ə.Vəliyev.
□ Ling vurmaq (gəlmək, salmaq) - b a x iş vurmaq (“iş” də) [Hacı Əhməd:] ..Şərif haranın itidir ki, mən dura-dura mənim adamıma əlaltı ling vursun. C.Cabbarlı. Paylaşın - Hamı bilsin
|