İzahlı lüğət

LİRİK2

sif. [yun.] 1. Lirika xüsusiyyətləri olan, lirika mahiyyətində olan (b a x lirika 1-ci mənada). Lirikpoeziya. Lirizmlə dolu, hiss və həyəcanla dolu; emosional. Lirik şeir. Lirik musiqi. Lirik səhnə. - Ilk qələm təcrübəsi zamanı yazdığı lirik parçalarda ifadə olunan bəzi meyilləri pisləyərək, [S.Vurğun] “Ölən şeirlərim” adlı şerini yazır. M.Arif. [Ü.Hacıbəyov] öz komediyalarında komik vəziyyətlərlə bərabər lirik və dramatik səhnələr də yaradır. Ə.Sultanlı.
mus. Həzin, mülayim, zərif, xoş (səs haqqında). Lirik tenor. Lirik soprano. - Onun yumşaq, lirik səsi o qədər çox şöhrət qazandı ki, adı gələndə xanəndələr ayağa qalxmağa başladılar. S.Rəhman. Lirik ricət - bədii əsər süjetinin, mövzusunun, gedişinin ardıcıllığı xəttini qıran hiss və^ həyəcanla dolu ricət.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

LAP

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed