LİRİKA[yun. lyrikos - liranın müşayiəti ilə oxunan] 1. Şairin hiss və həyəcanlarını şeir şəklində ifadə edən ədəbi əsər növlərindən biri. Məhəbbət lirikası. Azərbaycan klassik lirikası. - Intim lirika yenə qüvvətli vətənpərvərlik motivlərilə çarpazlaşır. M.Hüseyn. Sən yenə sevgi lirikası ilə maraqlanırsan? İ.Əfəndiyev. // Bu qəbildən olan əsərlər. Füzulinin lirikası. Zakirin lirikası. S. Vurğunun lirikası. // Hər hansı bir yazıçının əsərlərində, yaradıcılığında hiss və həyəcan ünsürləri; emosionallıq.
2. məc. Lirik əhval-ruhiyyə, təəssürat, daxili həyəcan; lirizm. Əsərdə həzin bir kədər, incə və insanın qəlbini riqqətə gətirən bir lirika da vardır. M.İbrahimov. Paylaşın - Hamı bilsin
|