LOVis. dan. Bəla, afət (adətən mənfi mənada çox zirək, diribaş adam haqqında). Belə od olmaz, anam, böylə alov! Od deyil, yanğı deyil, lovdur, lov! M.Ə.Sabir. Burdan vurub Bitdilidən çıxar, .. lovdur lov! Ə.Əbülhəsən.
□ Lov düşmək - 1) çaxnaşma düşmək, həyəcan qalxmaq, bir-birinə dəymək; 2) cəncələ düşmək, qovğaya düşmək, gözlənmədən başına bir iş gəlmək. Lov salmaq - həyəcana salmaq, təşviş doğurmaq, çaxnaşma salmaq. Qəsəbəyə dəxli olmayan bu xəbər arvadların içinə lov salmışdı. Ə.Əbülhəsən. Lova düşmək - əl-ayağa düşmək, çaxnaşmaya düşmək. Paylaşın - Hamı bilsin
|