LOVĞALIQis. Özünü çəkmə, təşəxxüs satma, iddia satma; təşəxxüs, təkəbbür, özünü tərif etmə, özünü öymə. [Ağ zanbaq:] Gərçi uzundursa mənim yarpağım; Yoxdu yenə lovğalığım, azmağım. A.Səhhət. □ Lovğalıq etmək - özünü öymək, tərifləmək, gop basmaq. [Zalxa:] A kişi, sən onun sözünə nə inanırsan? Tamam o lovğalıq edir. M.F.Axundzadə.
Paylaşın - Hamı bilsin
|