LÜLƏis. 1. Odlu silahların gülləyə, mərmiyə lazımi istiqamət verən boruşəkilli hissəsi. Topun lüləsi. - Tüfəngin lüləsi həkimin böyrünə toxundu. M.Hüseyn. Karl .. avtomatın lüləsini yoxladı. Ə.Əbülhəsən.
Boru (silindr) şəklində yuvarlanmış, lülələnmiş şey. Kağız lüləsi. Bir lülə müşəmbə. - [Xortdan:] ..cibindən bir lülə kağız çıxardıb başladı onu oxuduqca açmağa. Ə.Haqverdiyev. Taxtapuşun qıraqlarından və borularından buz lülələri sallanmış, hava isə gömgöy göyərmişdi. S.Rəhimov. // Halqalar şəklində burulmuş şey. Saç lüləsi. Lülə sap. anat. Qolda, qıçda: boru şəklində içiboş sümük. [Qəhrəman:] Sağ qolumun lüləsini sındırmışdı. H.Nəzərli. Bax lüləkabab. lülə-lülə sif. və zərf Lüləyə oxşar, lülə kimi, lülələr şəklində. Lülə-lülə buz. - Ağaclardan buz sallanıb lülə-lülə. R.Rza. Ağacların budaqları lülə-lülə qara bükülmüş, axar sular donmuşdu. M.Rzaquluzadə. Paylaşın - Hamı bilsin
|