LÜT-ÜRYANsif 1. Lüt-anadangəlmə, lümlüt. Məcidin göldə suyu şappıldadaşappıldada qol-qanad çalması, sonra da lütüryan (z.) çay qırağında oynaması Xırdanı lap darıxdırdı. S.Rəhimov. □ Lüt-üryan olmaq - lüt-anadangəlmə olmaq, lümlüt olmaq. [Fatmanisə:] Lüt-üryan olub kişilərin qabağına çıxdı. M.İbrahimov.
2. məc. Yoxsul, kasıb. □ Lüt-üryan qalmaq - var-yoxu əlindən çıxmaq. Yəqin evini yarıblar, var-yox əlindən gedib. Yaxşı lütüryan qaldı küçələrdə. Mir Cəlal. Paylaşın - Hamı bilsin
|