LÜTFƏNzərf [ər.] kit. “Lütf edin” , “zəhmət olmasa” , “zəhmət çəkin” , “xahiş edirəm” mənasında nəzakətlə müraciət ifadə edir. Lütfən oturunuz. Lütfən söyləyin. - [Student:] Bağışlayın, sizə zəhmət verirəm, otağın qiymətini lütfən söylərmisiniz? Çəmənzəminli. [frəngiz:] Mən sizə göndərdiyim məktubların lütfən qaytarılmasını rica edərdim. C.Cabbarlı. [Şeyx Sənan:] Baba dərviş! Qılmayın lütfən; Bizi məhrum feyzi-söhbətdən. H.Cavid.
Paylaşın - Hamı bilsin
|