LÜZUMSUZbax lazımsız. [Gənc:] Bu gün heç kəs yediyi və geydiyi şeylərdən başqa artıq, lüzumsuz şeyləri toplamır. Çəmənzəminli. Naşad əfəndi heç də mətləbə dəxli olmayan lüzumsuz sözlər ilə [Mehribanın] canını sıxırdı. S.Hüseyn. Gövhər xanım hər şeyi səliqəyə saldıqdan sonra oturdu və yenə də lüzumsuz şeylərdən söhbət etdi. Q.İlkin. Lüzumsuz bilmək (saymaq) - lazım bilməmək, vacib hesab etməmək. [Bəhlul:] Nicat dayının .. qızını mənə təklif eləməyini ona görə lüzumsuz sayırdım ki, xoşuma gəlmirdi. B.Bayramov.
Paylaşın - Hamı bilsin
|