
ÖDƏMƏKf 1. Başqasından aldığı, yaxud borc etdiyi şeyi qaytarmaq, vermək. Həsən çəkmə pulunu iki aya qədər ödəyə biləcək idi. Çəmənzəminli. [Rüstəm kişi] borclarını ödədi və hər əməkgününə üç kilo taxıl payladı. M.İbrahimov.
Təmin etmək. [Gənc:] Üç ay tədarük olunan hərarət ölkənin doqquz aylıq ehtiyacını tamamilə ödəyir. Çəmənzəminli. Əvvəlki maaşından az maaş alarsa, komitə onun kəsrini ödəyəcəkdir. M.S.Ordubadi. // Bəs etmək, yetmək, çatmaq, kifayət etmək. Maaşı məxaricini ödəyir. - [Bəhlul:] Mənim təqaüdüm ev kirayəsini ödəyirdi.. B.Bayramov. Öhdəsinə götürmüş olduğu bir şeyi yerinə yetirmək. Planı artıqlamasilə ödəmək. Paylaşın - Hamı bilsin
|