
ÖLÇÜ-BİÇİbax ölçü 1 və 3-cü mənalarda. Kənd əhalisi isə uzun illər boyu müxtəlif ölçü-biçidə olan damlarda və qazmalarda yaşayırdı. S.Rəhimov.
□ Ölçü-biçi bilməmək - 1) nə etdiyini, nə dediyini bilməmək, hədd-hüdud bilməmək, həddini aşmaq. Hərəkətlərində ölçü-biçi bilməmək. - Bilməyir heç bu ağız ölçü-biçi; Hey ötür, sanki sınıb bəndi, piçi. Ə.Nəzmi; 2) ölçüyə gəlməmək, ölçüsü olmamaq, həddihüdudu olmamaq. Insan xəyalının ölçü-biçi bilməyən sürəti [Həcəri] götürdü. S.Rəhimov. Paylaşın - Hamı bilsin
|