
ÖLDÜRÜCÜsif. 1. Ölümlə nəticələnə bilən, ya nəticələnən; məhvedici, yoxedici, həlakedici. Öldürücü zəhər. Günəş şüaları bakteriyalara öldürücü təsir göstərir.
məc. Son dərəcə ağır; dözülməz, müdhiş. Öldürücü zərbə. məc. Kəskin, amansız. Öldürücü tənqid. Öldürücü söz. - “Molla Nəsrəddin” in gülüşü kəskin bir gülüş, öldürücü bir satira idi.. M.İbrahimov. Telli əllərini belinə qoyub dayandı, Səlimin üzünə öldürücü nəzərlə baxmağa başladı. S.Rəhman. Paylaşın - Hamı bilsin
|