
ÖLƏZİMƏKf məh. Alovu sönməyə, közərməyə başlamaq; işarmaq, közərmək. Karvansaranın bir tərəfində qalanmış ocaq gah yanır, gah öləziyirdi. Ə.Vəliyev. // Zəifləmək, azalmaq (işıq haqqında). Mənzilə ölgün bir işıq süzülür, yavaş-yavaş öləziyirdi. Ə.Vəliyev. Get-gedə ocaq öləziyir, sazaq güclənir, ara vermiş qar indi qum kimi ələnirdi. B.Bayramov.
Paylaşın - Hamı bilsin
|