
ÖLGÜNsif Canlılığı, təzəliyi, təravəti qalmamış; düşkün, solğun. İyirmi beş bahar görmüş bu adam altmış xəzan keçirmiş qoca kimi yorğun, xəstəhal və ölgün (z.) görünürdü. A.Şaiq. Aynada [Züleyxanın] sifləti çox ölgün (z.) görünürdü. S.Rəhimov. // məc. Cansız, ölmüş kimi görünən. Bir saat əvvəl səssizlikdən ölgün kimi görünən təbiət birdən-birə canlanır. A.Şaiq. // məc. Zəif, solğun, sönük. Kiçik bir lampanın ziyası evə xəstə və ölgün bir işıq nəşr edirdi. S.Hüseyn. Yolun kənarlarında qazma daxmalardan ölgün çıraq işığı gəlir, qapılarda ucadan itlər hürüşürdü. M.Hüseyn.
Paylaşın - Hamı bilsin
|