ÖLMƏZsif 1. Həmişə yaşayan, heç bir vaxt ölməyən, yox olmayan; əbədi, həmişəlik. Xalq ölməzdir. - [Rizvan:] Ürəyimdə ölməz bir məhəbbət ilə ölümə gedirəm. Ə.Haqverdiyev. [Şiraslan düşünürdü:] Ölməz bir dastan yazmaq da qəhrəmanlıq kimi bir hünərdir. S.Rəhimov.
2. məc. Hər hansı bir məziyyətinə görə xalqın xatirəsindən silinməyən, unudulmayan; unudulmaz. Ölməz sənətkar. Ölməz ad qoyub getmək. - Səndəki gözəllik ölməz sənətdir; Insanlar sənətə gəlir səcdəyə. N.Rəfibəyli. Paylaşın - Hamı bilsin
|